Xəzər Xəbər

Vergi güzəşti daha kimlərə şamil olunub?

İqtisadiyyat | 16:34 • 14 Yanvar 2022
Vergi güzəşti daha kimlərə şamil olunub?

Şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20 min manatadək olan hissəsi, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatların nəticəsi olaraq əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20 min manatadək olan hissəsi Vergi Məcəlləsinə edilmiş son dəyişikliklə 2022-ci il yanvarın 1-dən gəlir vergisindən azad edilib.

Dövlət Vergi Xidmətindən (DVX) verilən məlumata əsasən, maddi yardım almış mülki şəxslərə bu güzəşt o halda verilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyinin müəyyən edildiyini təsdiq edən arayış təqdim edilmiş olsun.

Xəbər lenti

Çox oxunanlar