2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq, Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji” zonasına çevirmək öhdəliklərimiz var.
Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
Daha sonra nazir sözlərinə əlavə edərək deyib: “COP26-da biz öz öhdəliklərimizi yeniləyəndən sonra 2050-ci ilə qədər ölkə üzrə karbon emissiyalarını 40 faizə çatdırmağa və işğaldan azad edilmiş ərazilər üzrə sıfır emissiyalara nail olmaq istəyirik. Amma enerji keçidi o demək deyil ki, mütləq şəkildə bir enerji resursundan tam şəkildə digər enerji resursuna keçilməlidir. Enerji keçidi, ümumiyyətlə, idarə olunan bir proses olmalıdır və bizim yanaşmamız bundan ibarətdir ki, hər bir enerji resursunun haqqı var ki, enerji keçidində öz iştirakını təmin etsin, amma hansı dövrə qədər? Bunu proses özü göstərəcək”.