Xəzər Xəbər

Dövlət Xidmətinə daha 5 avtomobil ayrılıb

İqtisadiyyat | 17:11 • 13 Yanvar 2022
Dövlət Xidmətinə daha 5 avtomobil ayrılıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılan xidməti minik avtomobillərinin say həddi artırılıb.

Xezerxeber.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılan xidməti minik avtomobillərinin say həddi 3-dən 8-ə qaldırılıb.

Xəbər lenti

Çox oxunanlar