Xəzər Xəbər

Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 59-60 faizdir

İqtisadiyyat | 16:37 • 13 Yanvar 2022
Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 59-60 faizdir

Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 59-60 faiz səviyyəsindədir.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O bildirib ki, Azərbaycanda hər il orta hesabla 2 milyon ton buğda istehsal olunur.

"İl ərzində 1,3 - 1,4 milyon ton buğda idxal olunur. Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 59-60 faiz səviyyəsindədir. Bu da o deməkdir ki, biz buğdaya tələbatın 40 faizini idxal hesabına ödəyirik. Azərbaycanın un üçün buğdaya görə idxal göstəricisi 40 faizdən bir az artıqdır", - deyə direktor bildirib.

Xəbər lenti

Çox oxunanlar