Xəzər Xəbər

Bu kənd təsərrüfatı məhsullarının qiyməti artdı

İqtisadiyyat | 10:47 • 13 Yanvar 2022
Bu kənd təsərrüfatı məhsullarının qiyməti artdı

2021-ci ilin yanvar-noyabr aylarında 769,5 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub. Kənd təsərrüatı məhsullarının ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 13% artıb. 

XəzərXəbər xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Kənd təsərrüfatı” aylıq informasiya bülletenində bildirilib. 

2020-ci ilin yanvar-noyabr ayları ərzində isə 680,9 milyon ABŞ dolları həcmində kənd  təsərrüfatı məhsulu ixrac olunub. 

Qeyd olunur ki, 2020-ci ilin noyabr ayında kartofun (“Tovuz”), soğanın (“Ağdam”, sarı), xiyarın (“Tikanlı”) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb. 

Noyabr ayında narınginin, feyxoanın, şabalıdın, kartofun, kələmin. gül kələmin, soğanın (“Ağdam”, sarı), xiyarın, çuğundurun və yaşıl bibərin qiyməti 2020-ci ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub.

Xəbər lenti

Çox oxunanlar