ABŞ Energetika Nazirliyi 2022-ci il üçün "Brent” markalı neftin ortaillik proqnoz qiymətini artırıb.
Bu barədə ilk dəfə olaraq 2023-cü il üçün proqnozları özündə əks etdirən ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq proqnozunda deyilir.
Nazirlik proqnozunda dəyişiklik edərək neftin qiymətinin 74,95 dollara qədər artacağını açıqlayıb. Əvvəlki proqnozda neftin qiymətinin 70 dollar olacağı təxmin edilirdi.
Energetika Nazirliyi 2023-cü ildə "Brent” neftinin 68 dollara satılacağını ehtimal edir.