Xəzər Xəbər

İranlı nazir: Azərbaycana qaz nəqlini artıra bilərik

İqtisadiyyat | 16:12 • 11 Yanvar 2022
İranlı nazir: Azərbaycana qaz nəqlini artıra bilərik

İran öz ərazisindən nəql etdiyi Türkmənistan qazının həcmini artırmağa hazırdır. Bunun üçün İran müvafiq infrastruktura malikdir.

Bu sözləri İranın neft naziri Cavad Övci deyib.

O bildirib ki, ötən ilin noyabrın 28-də Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında imzalanan müqaviləyə əsasən Türkmənistan qazı İrandan tranzit olaraq keçərək Azərbaycana çatdırılır. Müqaviləyə əsasən ildə 2 milyard kubmetr qaz İran ərazisindən Azərbaycana nəql edilir. İran nəql olunan qazın həcmini gündəlik 40 milyon kubmetrə çatdıra bilər.

Nəzərə çatdıraq ki, yaxın günlərdə Türkmənistan Prezidentinin İrana səfəri nəzərdə tutulub. Səfər çərçivəsində bu məsələnin də müzakirəsi gözlənilir.

Xəbər lenti