Xəzər Xəbər

Bu şəxslərin pensiyası ilə bağlı VACİB QƏRAR - DSMF açıqladı

1200 nəfərin əmək pensiyası yenidən hesablanıb və artırılıb
İqtisadiyyat | 14,048 | 12:35 • 11 Yanvar 2022
Bu şəxslərin pensiyası ilə bağlı VACİB QƏRAR - DSMF açıqladı

“Hazırda ailə başçısını itirməyə görə pensiyaların yenidən hesablanması üçün 300 müraciətə baxılır”.

XəzərXəbər xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev deyib.

Onun sözlərinə görə, belə müraciətlərin 5 dəfədən çox olduğu ehtimal olunur: “Onların araşdırması davam edir. Bəzən yubanmalar da olur. Əsas səbəb vaxtı ilə pensiya işlərinin içərisində müvafiq məlumatların olmaması ilə əlaqalidir. Bəzən pensiya ödənişləri dayandırılmalıdır, nəinki artırılmalıdır”.

DSMF rəsmisi bildirib ki, 2020-ci ilin mart ayından bu günə qədər ailə başçısını itirən 1200 nəfərin əmək pensiyası yenidən hesablanıb: “Onlara ödənilən aylıq əmək pensiyasının məbləği ümumilikdə 458 min manat idi. Lakin yenidən hesablama nəticəsində bu rəqəm 940 minə qalxdı. Aylıq maliyyə yükümüz 482 mindir. Bir pensiyaçının pensiyası orta hesabla 390 manata 800 manata qədər artdı. Bu birbaşa 105 % artım deməkdir. Bu şəxslərə keçmiş dövr üzrə 15 milyon manatdan artıq vəsait hesablanıb. Həmin vəsait qanunvericiliyin tələblərinə uyğun olaraq onların artırılmış pensiyaların üzərlərinə əlavə edilməklə ödənilir”.

Xəbər lenti