Xəzər Xəbər

ABŞ bankı xəbərdarlıq etdi: Kriptovalyuta və texnoloji səhm köpüyü partlayır

İqtisadiyyat | 17:22 • 10 Yanvar 2022
ABŞ bankı xəbərdarlıq etdi: Kriptovalyuta və texnoloji səhm köpüyü partlayır

ABŞ-ın “Bank of America” bankının analitikləri dərc etdikləri hesabatda bildiriblər ki, texnoloji səhmlər və kriptovalyutalar sahəsində son bir ildə yaranmış böyük “sabun köpüyü” artıq partlamağa başlayıb.

ABŞ-ın ikinci ən böyük bankının yaydığı sənədə görə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasətinin sərtləşdirmə sürətinin artması investorların spekulyativ sahələrdən geri çəkilməsinə səbəb olub.

Onların fikrincə, məhz FED-dən gələn siqnallar bahalı texnologiya səhmlərinə ağır zərbə vurub. “Goldman Sachs Group”-un texnoloji səhmlər səbəti bir illik yüksəlişdən sonra kəskin dəyər itirib. İndeks ən yüksək həddən 35 faiz aşağı düşüb.

Biotexnoloji şirkətlərin yer aldığı “Nasdaq Biotech” indeksi yeni ilin ilk həftəsində 6,5 faiz itirib və 2020-ci ilin mart ayının ortalarından bəri ən pis beş günlük performansını yaşayıb.

“Bitkoin” də noyabrda rekord həddə çatan təxminən 69.000 dollar qiymətindən təxminən 40 faiz ucuzlaşıb. Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan “Ethereum” isə noyabrın ən yüksək göstəricisindən təxminən 35 faiz aşağı düşüb.

Mənbə: “Haber Global”

Xəbər lenti

Çox oxunanlar