Xəzər Xəbər

Azərbaycana svop edilən Türkmənistan qazının həcmi arta bilər - Nazir

İqtisadiyyat | 15:21 • 8 Yanvar 2022
Azərbaycana svop edilən Türkmənistan qazının həcmi arta bilər - Nazir

İran vasitəsi ilə Azərbaycana svop edilən Türkmənistan qazının həcmi ildə 15 milyard kubmetrə qədər arta bilər.

Bunu İranın neft naziri Cavad Ouci Türkmənistan rəsmiləri ilə görüşdən sonra deyib.

C.Oucinin sözlərinə görə, hazırda ildə 2 milyard kubmetr Türkmənistan qazı İran vasitəsi ilə Azərbaycana svop edilir.

Ouci əlavə edib ki, Türkmənistan rəsmiləri ilə enerji sahəsində, o cümlədən qaz svopu, neft və neft-kimya sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi haqda müzakirələr aparılıb.

“Gələn günlər ərzində İran və Türkmənistan arasında enerji mübadiləsi sahəsində bir neçə əməkdaşlıq sənədi imzalanacaq”, - deyə o bildirib.

Qeyd edək ki, ötən il 28 noyabrda Türkmənistanın paytaxtı Aşqabadda Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana svop edilməsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, ildə 1,5-2 milyard kubmetr qaz svop ediləcək. Müqavilənin icrasına 1 yanvardan başlanıb. (Trend)

Xəbər lenti