“Azəriqaz” İstehsalat Birliyini yeni yaşayış massivlərinin qazlaşdırılması məsələsinə aydınlıq gətirilib.
Xezerxeber.az-ın məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib ki, mərhlələli şəkildə, maliyyə imkanları çərçivəsində həmin ərazilərdə küçə xətlərinin çəkilməsi nəzərdə tutulur.
"Yeni yaşayış massivlərinin sayı durmadan artır. Elə yaşayış massivləri var ki, sənaye və neft torpaqlarında salınıb. Həmin ərazilər plana salındıqdan sonra qazlaşdırma işləri aparıla bilər. Digər tərəfdən vətəndaşlar öz sifarişləri əsasında da qazlaşdırma apara bilər", - T.Cəfərov deyib .
Onun sözlərinə görə, il ərzində 30-40 minə yaxın evin fərdi qazlaşdırma işi aparılır: "Ya vətəndaşlar evin plana salınmasını gözləməlidirlər, ya da öz hesabları əsasında qaz çəkilişini təmin edə bilərlər" - deyə şöbə rəisi əlavə edib.