“Azəriqaz” İstehsalat Birliyininə tarif limitlərinin sıfırlanması ilə bağlı abonentlər tərəfindən 144 min müraciət ünvanlanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə bunu “Azəriqaz”ın "104" operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək deyib.
Onun sözlərinə görə, göndərilən şəkillərin 30 faizinin yararlı olduğu müəyyən edilib: " Yəni, bunlarda tarix və saat göstərilib. Onun da 85-90 faizi işlənilib. Şəklin göndərilib-göndərilməməsindən asılı olmayaraq sayğaclar sıfırlanacaq".
Qeyd edək ki, yanvar ayının 1-dən sonradan ödənişli sayğacdan istifadə edən (mexaniki sayğaclar nəzərdə tutulur) abonentlər sayğaclarının görünən hissəsini mobil telefon vasitəsi ilə çəkərək “Azəriqaz”ın 077 3 104 104 "Whatsapp" nömrəsinə göndərirlər.