Dünya birjalarında “Brent” markalı neftin qiyməti 81 dolları ötüb.
Xezerxeber.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında Bakı vaxtı ilə saat 17:55-ə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 81,05 dollar olub. Növbəti beş dəqiqə ərzində bu markalı neftin qiymətində 1,43 faiz artım qeydə alınaraq 81,14 dollara çatıb.
Qeyd edək ki, “Brent” neftinin qiyməti sonuncu dəfə ötən ilin noyabrın 26-da 81 dolları ötüb.