Yerli və idxal olunan tikinti materiallarındakı qiymət artımına görə mənzil bazarında az da olsa bahalaşma nəzərə çarpır.
Bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, tikinti materiallarında bahalaşma daha çox taxta və dam örtükləri, sement, qum qiymətlərində özünü göstərir.
"Pandemiyaya görə tikinti bazarında durğunluq yaranmasına baxmayaraq, evlərin qiyməti ucuzlaşmadı. Qiymətlərə dünya iqtisadiyyatında baş verən bir sıra amillər, o cümlədən tikinti bazarındakı bahalaşma təsir edə bilir".
Ekspertin proqnozuna görə, yaxın gələcəkdə də mənzillərin qiymətində ucuzlaşma gözlənilmir.