Xəzər Xəbər

Daha 3 bank bağlandı

İqtisadiyyat | 11:09 • 19 Dekabr 2016
Daha 3 bank bağlandı

Rusiya Mərkəzi Bankı daha üç bankın - "Mir", "İdeya Bank" və "Voloqdabank"ın lisenziyalarını geri çağırıb.

Mərkəzi Bankın məlumatına əsasən, "İdeya bank" yüksək riskli kreditləşmə həyata keçirib və buna adekvat risk ehtiyatları yaratamayıb. Həmçinin, terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı tələblərə əməl etməyib.

Tənzmiləyici bildirir ki, lisenziyası geri çağırılan digər bank - "Mir" aşağı keyfiyyətli aktivlərə vəsait yatırıb və buna müvafiq risk ehtiyatları yaratmayıb. Bununla yanaşı, Bank şübhəli köçürmə əməliyyatlarında iştirak edib.

"Voloqdabank"ın da lisenziyasının geri çağırılmasına səbəb aşağı keyfiyyəli aktivlərə pul yatırması və buna müvafiq risk ehtiyatları yaratmamasıdır. Bundan başqa, Bank real maliyyə göstəricilərini gizlədib

Xəbər lenti

Çox oxunanlar