Xəzər Xəbər

"Dövlət Neft Fondunun gəlirləri proqnozlardan xeyli çox olacaq"

İqtisadiyyat | 14:28 • 19 Dekabr 2016
"Dövlət Neft Fondunun gəlirləri proqnozlardan xeyli çox olacaq"

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı il üçün gəlirləri proqnozlardan xeyli çox olacaq. Bunu Trend-ə Fondun icraçı direktoru Şahmar Mövsümov deyib.

Ş.Mövsümov bildirib ki, cari ilin əvvəlində Dövlət Neft Fondunun büdcəsinə dəyişiklik edildi və büdcə neftin bir barelinin qiyməti 25 dollardan nəzərə alınmaqla hesablandı:

“Ancaq il ərzində neftin bir barelinin orta qiyməti 42 dollardan yüksək olub. Ona görə də bizim gəlirlərimiz proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə çox olacaq”.

ARDNF-də manat kütləsinin yaranması məsələsinə gəlincə, Ş.Mövsümov qeyd edib ki, Fond qrafikə uyğun olaraq dövlət büdcəsinə köçürmənin tam təmin edilməsi məqsədilə valyuta hərraclarında valyuta satışını davam edirir: “Lakin büdcəyə həmin mütəmadiliklə manat ehtiyacı olmadığından bizdə müəyyən qalıqlar yaranıb. Amma ümid edirəm ki, ilin sonuna qədər büdcəyə vəsait tam köçürüləcək”.

Xəbər lenti

Çox oxunanlar