“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Azərbaycandakı layihələrə 10 milyard dollar dəyərində investisiya yatırıb.
Bu bərədə “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkətinin baş direktoru Besim Şişman deyib.
O bildirib ki, “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkəti xarici ölkələrə ən çox investisiya yatıran türk şirkətidir: “Lakin TPAO xarici investisiyalarını azaltmaq niyyətindədir. Yatırımlarımızın davamlılığı üçün əlavə layihələrə investisiyaların həcmini azaltmışıq”.
Qeyd edək ki, TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir. (AZƏRTAC)