Gələn il işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılması planlaşdırılan vəsaitin həcmi açıqlanıb.
Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsindən bu istiqamətdə 2 milyard manat vəsait ayrılmışdı.