Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçısı Robin Bruks dollar/lirə məzənnəsindəki dalğalanmanın davam edəcəyinə dair iddiaları “cəfəngiyyat” adlandırıb.
Mütəxəssis türk lirəsinin məzənnəsindəki ucuzlaşmanın müvəqqəti xarakter daşıdığını deyib.
“Bunlardan heç birini ciddiyə almayın, hamısı tamamilə cəfəngiyatdır. Dollarlaşma narahatlığının əlaməti yoxdur. Xarici valyuta depozitlərinə axın 13 həftəlik hərəkətli ortalamada sabitdir. Dollar/lirə qrafikinin sonsuza qədər gedəcəyini söyləyənlər də var. Belə iddiaları ciddiyə almayın, bunların hamısı tam cəfəngiyatdır”, - Bruks qeyd edib.
Onun sözlərinə görə, Türkiyə 2018-ci ilin avqustunda bu kimi gəlişmələrin qarşısını uğurla alıb: “Yenə də bunu bacaracaq”./Teleqraf.com