Xəzər Xəbər

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub

İqtisadiyyat | 12:04 • 25 Oktyabr 2021
Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən nəzarət tədbirləri zamanı vətəndaş Əbdülrza Abıyevin həyətyanı sahəsində qanunsuz yolla əldə edilmiş 2,82 m3 həcmində işlik meşə materialı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, hazırda iş üzrə araşdırma davam edir.

Xəbər lenti