Xəzər Xəbər

Azərbaycanda yeni kalkulyator istifadəyə verildi

Azərbaycanda emitentlər üçün kalkulyator istifadəyə verilib
İqtisadiyyat | 17:31 • 11 Oktyabr 2021
Azərbaycanda yeni kalkulyator istifadəyə verildi

"Bakı Fond Birjası" QSC-nin internet səhifəsində qiymətli kağızların buraxılışı və listinqdə saxlanılma xərclərinin hesablamaq üçün Emitentin Kalkulyatoru istifadəyə verilib.

XəzərXəbər bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, kalkulyator vasitəsilə Birjada və Birjadankənar olmaqla qiymətli kağızın buraxılışı zamanı və onların tədavüldə qaldığı müddətdə yaranan xərclərin hesablanması nəzərdə tutulub.

Əlavə olaraq, qiymətli kağızların buraxılışı zamanı və həmin qiymətli kağızların dövriyyədə qaldığı müddət ərzində yaranan xərclər buraxılış növləri üzrə müqayisəli şəkildə əks etdirilir.

Hesablamanın düzgün aparılması üçün aşağıdakı xanalara dəyərlərin daxil edilməsi vacibdir:

Qiymətli kağızın növüburaxılış həcmilistinqdə saxlanılma müddətibazar seqmenti

Emitentin Kalkulyatoru bölməsi bfb.az saytının listinq bölməsində yerləşdirilib. Qeyd olunmuş linkdən keçid edə bilərsiniz: https://www.bfb.az/az/emitentin-kalkulyatoru

Xəbər lenti

Çox oxunanlar