Vergiödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini tam həcmdə ödəməlidirlər.
Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, Vergi Məcəlləsinə görə, bələdiyyələrin mülkiyyətində olan müəssisələr tərəfindən mənfəət vergisi yerli büdcəyə, digər müəssisələr tərəfindən isə dövlət büdcəsinə ödənməlidir.
Fiziki şəxslər isə gəlir vergisini dövlət büdcəsinə ödəyirlər.