Oktyabrın 9-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublika ərazisində yol təmiri, tikintisi və yenidən qurulması ilə əlaqədar həyata keçirilən işlərin həftəlik icmalı açıqlanıb.
Agentlikdən bildirilib ki, məlumata əsasən, Şükürbəyli-Cəbrayıl Hadrut yolunun tikintisi sürətlə davam etdirilir.
Həmçinin son həftə ərzində Füzuli-Şuşa avtomobil yolunda T5 tunelinin üst yarı hissəsində qazma işləri yekunlaşıb, Prezident İlham Əliyev Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib və Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.
Bundan başqa, paytaxtın Nəsimi rayonunun Ceyhun Səlimov küçəsi əsaslı təmir olunub, Toğanalı-Kəlbəcər avtomobil yolunda isə Murovdağ tunelinin inşası davam etdirilir.