Xəzər Xəbər

Bu il 62 min 673 şəxs işlə təmin edib

İqtisadiyyat | 14:39 • 9 Oktyabr 2021
Bu il 62 min 673 şəxs işlə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 9 ayında 62 min 673 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.

Nazirlikdən xezerxeber.az-a bildiriblər ki, onlardan 23 min 289-u ödənişli ictimai işlərə cəlb olunub.

Həmçinin agentlik tərəfindən mühüm istiqamətlərdən biri olan özünüməşğulluq proqramının icrası işləri də davam etdirilib. Artıq 11 min 950 nəfərin proqrama qeydiyyatı aparılıb. Onlardan 6 min 883 nəfəri seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təmin edilərək kiçik təsərrüfatlarını yaradıblar.

Qeyd olunan dövr ərzində agentlik tərəfindən 262 işsiz şəxs müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına, 147 nəfər isə peşəyönümü məsləhəti xidmətinə cəlb olunub.

Xəbər lenti

Çox oxunanlar