Azərbaycan, Türkiyə və Gürcüstan arasında gömrük məsələləri üzrə üçtərəfli komitənin yaradılması haqqında protokol imzalanıb.
XəzərXəbər xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məlumat verib.
"Əminəm ki, birgə komitə üç ölkə arasında gömrük işi sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə öz töhfəsini verəcək", - deyə o, qeyd edib.