Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair protokol imzalanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.
“Qardaş Türkiyədə beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edirik. Tədbir çərçivəsində keçirilmiş toplantıda Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair üçtərəfli görüşün protokolu imzalanıb”, - deyə nazir vurğulayıb.