Monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, sentyabrın 12-də ölkə üzrə 399 ictimai iaşə obyektində 677 monitorinq keçirilib. Monitorinqlər zamanı 2 müəssisədə aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, X. Rza küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Asim Zülfüqar oğluna məxsus "Albion Pub" pivə evi;
2. Bakı şəhəri, Nərimanov rayonu, Z. Bünyadov küçəsi 86B ünvanında yerləşən, fiziki şəxs Əzizli Rüstəm Elman oğluna məxsus “Riva İn” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.