Cari ilin yanvar-avqust aylarında əsas kapitala 8 milyard 259,4 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,5 faiz, qeyri -neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 11,3 faiz azalıb.
İstifadə olunmuş vəsaitin 5 milyard 657 milyon manatı və ya 68,5 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 993 milyon manatı (24,1 faizi) xidmət sahələrinə, 609,4 milyon manatı (7,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 335 milyon manatını və ya 64,6 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 514,6 milyon manatı və ya 66,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59 faiz, büdcə vəsaitləri 20,8 faiz, bank kreditləri 5,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz,digər vəsaitlər isə 7,7 faiz təşkil edib.