Ərzaqlıq buğda üçün ayrılan subsidiyanın müddəti uzadılıb.
Xezerxeber.az xəbər verir ki, Baş nazir Əli Əsədov “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər haqqında” Qərar imzalayıb.
Qərara əsasən, mayın 1-dən sentyabrın 1-dək un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə İqtisadiyyat Nazirliyi tərəfindən subsidiya ödəniləcək.