Xəzər Xəbər

"Vergi amnistiyasından 600 milyon manat sahibkarlara qalacaq"

İqtisadiyyat | 11:21 • 20 Dekabr 2016
"Vergi amnistiyasından 600 milyon manat sahibkarlara qalacaq"

Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə vergi amnistiyası ilə bağlı qanun layihəsi daxil olub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu gün ADA Universitetində "azexport.az" portalının təqdimatı zamanı deyib ki, təqribi hesablamalara görə, vergi amnistiyası nəticəsində 600 mln. manat sahibkarların sərəncamında qalacaq.

"Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən bu dəyişiklik sahibkarlığa dəstəyin bariz nümunəsidir", - deyə Z. Səmədzadə vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar