Azərbaycanın ixrac potensialı son 15 ildə 5 dəfə, son 10 ildə 56%, son 5 ildə isə 30% artıb.
Bunu Azexport.az portalının təqdimatında çıxış edən Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.
Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac potensialının 90%-i qonşu Rusiya bazarının payına düşür: "FAO ilə araşdırma apardıq və məlum oldu ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac potensialı 110 sahibkarın öhdəsinə düşür. Həmin sahibkarlardan 6-sı ixrac potensialının 50%-ni, ümumilikdə isə 25 sahibkar 90%-ni təşkil edir".