Rusiyanın enerji nəhəngi “Gazprom”un Direktorlar Şurası 2016-cı il üçün şirkətin ilkin əməliyyat nəticələri haqqında məlumatı və proqnozlaşdırılan İnvestisiya Proqramını, həmçinin büdcə (maliyyə planı) və 2018-2019-cu il üçün xərclərin optimallaşdırılması (azaldılması) proqramını müzakirə edib. Şura şirkətin İnvestisiya Proqramını, büdcə və 2017-ci il üçün xərclərin optimallaşdırılması proqramını təsdiq edib.
XəzərXəbər şirkətə istinadla xəbər verir ki, “Gazprom”un təsdiq edilən büdcəsinə uyğun olaraq 2017-ci ildə investisiyaların ümumi dəyəri 910.67 milyard rubl (14,7 milyard dollar) olacaq. Şirkətin tikinti layihələri üçün nəzərdə tutulan xərcləri 625.455 milyard rubl, uzunmüddətli aktivlərin alınması üçün 0.125 milyard rubl və uzunmüddətli maliyyə qoyuluşları üçün isə 285.09 milyard rubl təşkil edəcək.
2017-ci il üçün “Gazprom”un büdcəsinə uyğun olaraq, xarici maliyyə borcları 288.26 milyard rubl təşkil edəcək. Şirkətin gələn il üçün xərclərin optimallaşdırılması proqramına 12.24 milyard rubl dəyərində tədbirlərin görülməsi daxildir.
Rusiyanın enerji nəhəngi “Gazprom”un Direktorlar Şurası 2016-cı il üçün şirkətin ilkin əməliyyat nəticələri haqqında məlumatı və proqnozlaşdırılan İnvestisiya Proqramını, həmçinin büdcə (maliyyə planı) və 2018-2019-cu il üçün xərclərin optimallaşdırılması (azaldılması) proqramını müzakirə edib. Şura şirkətin İnvestisiya Proqramını, büdcə və 2017-ci il üçün xərclərin optimallaşdırılması proqramını təsdiq edib.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Gazprom”un təsdiq edilən büdcəsinə uyğun olaraq 2017-ci ildə investisiyaların ümumi dəyəri 910.67 milyard rubl (14,7 milyard dollar) olacaq. Şirkətin tikinti layihələri üçün nəzərdə tutulan xərcləri 625.455 milyard rubl, uzunmüddətli aktivlərin alınması üçün 0.125 milyard rubl və uzunmüddətli maliyyə qoyuluşları üçün isə 285.09 milyard rubl təşkil edəcək.