Dünya birjalarında neft bahalaşıb.
Xezerxeber.az məlumat verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,20 dollar artaraq 53,30 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar artaraq 55,51 dollar olub.
Neftin bahalaşmasına ABŞ-da ehtiyatların azalmasıdır. "Reuters" agentliyinin sorğu keçirdiyi analitiklərin proqnozlarına görə, ABŞ-da neft ehtiyatları həftə ərzində 2,4 mln. barrel azalıb.