Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən keçən il elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 11 qeyri-qanuni qoşulma faktı aşkar edilib.
Agentlikdən bildirilib ki, AERA tərəfindən 2020-ci ildə 185 inzibati xəta haqqında protokol tərtib edilib, ötən ilin avqust ayından ilin sonuna kimi 69 işə baxılıb və qərar verilib.
Keçən il büdcədən maliyyələşən istehlakçılarda elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyəti ilə bağlı 219 texniki yoxlama aparılıb.