Xəzər Xəbər

Əhalinin icbari tibbi sığortalanması üçün ayrılan vəsaitin bölgüsü müəyyənləşdiriləcək

İqtisadiyyat | 15:08 • 9 Yanvar 2021
Əhalinin icbari tibbi sığortalanması üçün ayrılan vəsaitin bölgüsü müəyyənləşdiriləcək

Maliyyə Nazirliyinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə səhiyyə müəssisələrinin saxlanılması xərcləri üçün nəzərdə tutulmuş vəsaitin ayrılan vəsaitin bölgüsü ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.


Xezerxeber.az-ın xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə” bu gün imzaladığı sərəncamda əksini tapıb.


Sərəncama əsasən, Maliyyə Nazirliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə səhiyyə müəssisələrinin saxlanılması xərcləri üçün nəzərdə tutulan vəsaitin bölgüsü barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.


Qeyd edək ki, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanına əsasən, 2021-ci ildə Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə səhiyyə müəssisələrinin saxlanılması xərcləri üçün 1 044 728 700,0 manat vəsait ayrılması nəzərdə tutulub.

Xəbər lenti

Çox oxunanlar