Xəzər Xəbər

Bəzi daşıyıcılar "BakıKart”a keçidi gecikdirmək məqsədilə süni narazılıq yaradırlar - AÇIQLAMA

İqtisadiyyat | 11:29 • 8 Yanvar 2021
Bəzi daşıyıcılar "BakıKart”a keçidi gecikdirmək məqsədilə süni narazılıq yaradırlar -

Düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına baxmayaraq, daşıyıcılar avtobus parkının yenilənməsində fəal deyillər. Lakin vətəndaşların rahatlığı və təhlükəsizliyinin vacibliyi nəzərə alınaraq bu il qəsəbələr üzrə avtobus parkı mütləq qaydada yeniləməlidir. Bu tələbə əməl etməyən daşıyıcılar isə marşrut şəbəkəsindən kənarlaşdırılacaq.


Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüşdə deyilib. 

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin iştirak etdiyi görüşdə problemlər və qarşıda duran vəzifələrə toxunulub. Bildirilib ki, bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə avtobusların yenilənməsi, eləcə də "BakıKart”a keçid prosesini gecikdirmək məqsədilə süni narazılıqlar və problemlər yaradırlar. Qeyd olunub ki, bu kimi cəhdlər uğursuzdur və bunu edənlərə qarşı ciddi tədbirlər görüləcək.

Xəbər lenti

Çox oxunanlar