Xəzər Xəbər

Bugünkü valyuta hərracında 70,6 milyon dollar satılıb

İqtisadiyyat | 13:16 • 7 Yanvar 2021
Bugünkü valyuta hərracında 70,6 milyon dollar satılıb

Yanvarın 7-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.


AMB-dən xezerxeber.az-a bildirilib ki, hərracda tələb 70,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xəbər lenti