Xəzər Xəbər

ABŞ-da təbii qaz bahalaşır

İqtisadiyyat | 17:31 • 6 Yanvar 2021
ABŞ-da təbii qaz bahalaşır

Yanvarın 5-də Nyu York Əmtəə Birjasında (NYMEX) keçirilən hərrac zamanı təbii qazın qiymətləri artıb.


Təbii qazın fevral fyuçersləri 4,61 faiz bahalaşaraq 2,7 USD/MMTBU qiymətinə satılıb.


Təbii qazın bahalaşması daha çox ABŞ dolları indeksinin (6 əsas pul vahdinə qarşı məzənnəsinin) 0,45 faiz azalaraq 89,442-dək geriləməsilə bağlıdır.


Bununla yanaşı, mazutun fevral fyuçersi də 3,56 faiz bahalaşaraq 1,5141 UDS/qallon qiymətinə satılıb./report

Xəbər lenti

Çox oxunanlar