Xəzər Xəbər

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat | 17:31 • 26 Sentyabr 2020
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 41,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel çoxdur.


Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel çoxdur.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel çoxdur.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,06 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel çoxdur.


Xəbər lenti

Çox oxunanlar