Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
Qurum xəbər verir ki, iclasda uçot dərəcəsi 2 faiz bəndi artırılaraq 8,25%-dən 10,25%-ə qaldırılıb.
Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 0,75% azaldılaraq 12%-dən 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında 11,25%-dən 10,75%-ə, martın 17-də keçirilmiş iclasında 10,75%-dən 9,75%-ə, aprelin 22-də keçirilmiş iclasında 9,75%-dən 8,75%-ə, mayın 21-də keçirilmiş iclasında isə 8,75%-dən 8,25%-ə endirilmişdi./report