Rusiyada sentyabr ayının son dekadasında qarabaşaq yarmasının 1 tonunun topdan satış qiyməti 50 min rublu (təxminən 660 ABŞ dolları – red.) ötüb. Bahalaşma aktiv şəkildə davam edir.
"Interfax"ın xəbərinə görə, "ProZerno" şirkətinin apardığı monitorinqə əsasən, ötən həftə ərzində qarabaşaq yarımasının 1 tonunun qiyməti 1 690 rubl (22,2 dollar) artaraq 52 min rubla (685) çatıb. Bundan bir həftə öncə isə qiymət artımı daha yüksək olub – 2 475 rubl (32,6 dollar). Avqustda Rusiyada 1 ton qarabaşaq yarmasının orta satış qiyməti 48 194 rubl (634 dollar), 2019-cu ilin sentyabr ayında isə 28 268 rubl (372 dollar) təşkil edib.
Qeyd edək ki, ötən həftə Rusiya Baş Prokurorluğu qarabaşaq qiymətlərinin kəskin artması ilə maraqlanıb. Prokurorluq kartel sövdələşmələrində şübhələnir.
Xatırladaq ki, Azərbaycan bu ilin yanvar-iyun ayları ərzində Rusiyadan 3,48 min dollar dəyərində 3,42 ton qarabaşaq idxal edib.