Xəzər Xəbər

Azərbaycan məhsulu ərəb bazarlarını fəth edir

İqtisadiyyat | 18:23 • 17 Sentyabr 2020
Azərbaycan məhsulu ərəb bazarlarını fəth edir

Azərbaycan məhsullarının ərəb ölkələrinə ixracının artması planlaşdırılır.


Bunu Ərəb ölkələri ilə Əməkdaşlıq Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.


Onun sözlərinə görə, Azərbaycan məhsulunun Suriya bazarına ixracı gözlənilir:


"Bu bazara çıxış İordaniya vasitəsilə olacaq, bu istiqamətdə danışıqlar artıq baş tutub”.


Y.Əliyev bildirib ki, bununla yanaşı, Azərbaycan məhsulunu Misir, Oman, Bəhreyn bazarlarına da çıxarmaq planlaşdırılır:


"Öz növbəsində, bu ölkələrin biznes dairələri Azərbaycanda əczaçılıq, neft-kimya sənayesi, hotel və restoran biznesinə investisiya qoymağa hazır olduqlarını bildirib”.


İcraçı direktor küveytli investorların Azərbaycanda turizm sektoru ilə maraqlandığını da qeyd edib./Trend

Xəbər lenti

Çox oxunanlar