Xəzər Xəbər

KOBİA sahibkarları sənaye parklarında və məhəllələrində işləməyə çağırdı

İqtisadiyyat | 11:19 • 24 Avqust 2020
KOBİA sahibkarları sənaye parklarında və məhəllələrində işləməyə çağırdı

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarları, xüsusilə də kiçik və orta biznes subyektlərini Mingəçevir Sənaye Parkı və Sabirabad Sənaye Məhəlləsində yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edir.

XəzərXəbər xəbər verir ki, KOBİA-nın açıqlamasında bildirilir.

Mingəçevir və Sabirabad rayonlarında fəaliyyət göstərən sahibkarlar, eləcə də bu rayonlarda öz biznesini qurmaq istəyən potensial sahibkarlar sənaye parkında və məhəlləsində yaradılmış müasir infrastrukturdan və güzəştlərdən istifadə edərək burada öz biznesini qura və ya mövcud sahibkarlıq fəaliyyətini daha da genişləndirə bilər.

Yüngül sənaye üzrə ixtisaslaşmış Mingəçevir Sənaye Parkı sahibkarlar üçün müasir infrastrukur, vergi və gömrük güzəştləri, əlverişli logistika imkanları təklif edir. Belə ki, Mingəçevir Sənaye Parkıdövlət tərəfindən müasir infrastruktur, o cümlədən elektrik enerjisi, təbii qaz, su, daxili avtomobil yolları və fiberoptik kabel xətti ilə təchiz edilib ki, bu sahibkarlara bu məqsədlər üçün ayıracağı vəsaiti biznesin inkişafına yönəltməyə imkan verir. Sənaye parkının rezidenti olan sahibkarlarqeydiyyata alındıqları tarixdən10il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görəƏDV-dən azaddır. Bundan başqa, sənaye parkının rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə7ilmüddətinə gömrük rüsumlarından azad olunurlar.

Kiçik sahibkarlıq subyektlərininSabirabad Sənaye Məhəlləsində istehsal, emal və iqtisadiyyatın digər sahələri üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli şərait yaradılıb. Sabirabad Sənaye Məhəlləsikiçik sahibkarlıq subyektlərinə elektrik enerjisi, təbii qaz, su, daxili avtomobil yolları və fiberoptik kabel xətti ilə təchiz edilmişmüxtəlif istehsal obyektlərindən ibarət müasir infrastruktur təklif edir.​

Sahibkarlar Mingəçevir Sənaye Parkı və Sabirabad Sənaye Məhəlləsi, eləcə də ölkədə fəaliyyət göstərən digər sənaye parkları və məhəllələri ilə bağlı ətraflı məlumatı KOBİA-nınwww.smb.gov.azsaytından, eləcə də sənaye parkları və məhəllələrinin idarəedici təşkilatlarınıninternet səhifələrindən (www.scip.az,www.aic.azwww.tamizshahar.az) əldə edə bilərlər.

Həmçinin, sahibkarlar sənaye parkları və məhəllələri ilə bağlı informasiya və əlaqələndirmə xidmətləri üçün KOBİA-nın regional nümayəndələrinə - KOB dostlarına müraciət edə bilər (https://bit.ly/3l7Ymej).

Xəbər lenti