Xəzər Xəbər

Azərbaycanda valyuta hərracında dollara tələb artıb

İqtisadiyyat | 14:06 • 20 Avqust 2020
Azərbaycanda valyuta hərracında dollara tələb artıb

Bu gün Mərkəzi Bankda Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.


XəzərXəbər bu barədə AMB-yə istinadən xəbər verir.


Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyulun 18-nə nisbətən 3,4 milyon ABŞ dolları və yaxud, təxminən, 5,8% artaraq 62,3 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.


Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Xəbər lenti