Xəzər Xəbər

Azərbaycan Mərkəzi Bankı 800 min manatlıq texniki dəstək xidməti alır

İqtisadiyyat | 18:02 • 19 Avqust 2020
Azərbaycan Mərkəzi Bankı 800 min manatlıq texniki dəstək xidməti alır

Azərbaycan Mərkəzi Bankı Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Ani Ödənişlər Sisteminin arxitekturasında istifadə olunan "Oracle VBİS" lisenziyalarının dəstəklənməsi xidməti ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.


XəzərXəbər vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "GT Solyuşnz” MMC-dir.


Qalib şirkətə 797 038 manat ödəniləcək.

Xəbər lenti

Çox oxunanlar