Xəzər Xəbər

“Brent” markalı neft bahalaşdı

İqtisadiyyat | 13:47 • 17 Avqust 2020
“Brent” markalı neft bahalaşdı

Dünya bazarlarında neft qiymətləri Çinə ABŞ-dan idxalatla bağlı xəbərlərin də təsirilə artmağa davam edir.


Bu gün səhər Şimal dənizinin "Brent” markalı neftin qiyməti 0,89 faiz bahalaşaraq 45,2 ABŞ dollarına, Şimali Amerikanın WTI markalı neftin də qiyməti 1,05 faiz bahalaşaraq 42,54 ABŞ dollarına satılıb.


Bundan əvvəl "Reuters” xəbər vermişdi ki, Çin dövlət neft şirkətləri avqust və sentyabr ayları ərzində 20 milyonadək barel ABŞ neftini daşımaq üçün tankerlər kirayələyib.


Xatırladaq ki, Çin neftin ən iri istehlakçısı, ABŞ da ən iri istehsalçısıdır.


Avqustun 17-də OPEC+ texniki komitəsinin, 18-də isə Nazirlər Monitorinq Komitəsinin iclasları nəzərdə tutulub./Report

Xəbər lenti

Çox oxunanlar