"Bütün dünyada təkcə koronavirusla bağlı deyil, neft-qaz istehsalçısı olan ölkələrin gəlirlərinə təsirlər müəyyən qədər var. Azərbaycanda da ÜDM -də azalmalar, geriləmələr hər iki amil nəzərə alınmaqla rəqəmlər şəklində ifadə olunub”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
O qeyd edib ki, qeyri-neft qaz sektoru üzrə ÜDM-də 1,6% azalma qeyd olunub. "Vergi daxilolmaları bir amildən, yaxud bir neçə amildən asılı deyil, müəyyən iqtisadi fəallığa təsir edən hallar var.2020-ci ilin yanvar-iyul aylarında vergi daxilolmaları 103,5%, yəni artıqlaması ilə icra olunub. Sosial-sığorta ödəmələri üzrə müəyyən olunan proqnoz-tapşırıq 113,2% icra olunub. Sual yarana bilər ki, müəyyən fəaliyyət sahələri bağlandığı halda, büdcə proqnozlarının artıqlaması ilə icra olunması nə ilə bağlıdır? Burada biz xüsusilə də qeyd etmək istərdik ki, bu, son bir neçə ildə həyata keçirilən ardıcıl və sistemli şəffaflaşdırma tədbirləri və sahibkarların dövlətin çağırışlarına cavab olaraq iş yerlərini, işçi saylarını dəqiq göstərməsi ilə əlaqədardır”.
O vurğulayıb ki, ümumiyyətlə, əmək bazarında kifayət qədər şəffaflaşma var. Onun sözlərinə görə, qeyri-neft və qeyri-dövlət sektorunda 760 min işçi fəaliyyət göstərir: "Bu ilin 7 ayında bu sektorda 121,1 min yeni iş yeri açılıb. Sosial-sığorta üzrə dövlət büdcəsinə vaxtında daxilolmalar təmin edilib, həm də bütovlükdə şəffaflaşma nəticəsində gəlirlər şəffaf bəyan olunub. Amma təbii ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində heç birimizə sirr deyil ki, sadaladığımız ictimai-iaşə fəaliyyəti, turizmdə dövriyyələr kifayət qədər geriləyib. Statistika Komitəsinin məlumatlarına istinad etsək, ictimai-iaşə sektorunda geriləmə 50,2%, bütövlükdə turizm-iaşə sahəsində birlikdə isə 52%-dən çoxdur. Yəni iqtisadiyyatın ayrı-ayrı sahələrində geriləmələr, döviyyələrin azalması olsa da, digər sektorların xüsusi ilə də qeyri-neftin sənaye sektorunda irəliləyişlər, artım tempi müşahidə edirik”.
O qeyd edib ki, şəffaflaşma da bura öz töhfəsini verir: "Ona görə də hələ ki, büdcə gəlirlərinin təmin olunmasında ciddi suallar, problemlər yoxdur. Amma təbii ki, dövlət büdcəsinin tərtibi və onun dəyişdirilməsi bütün aidiyyatı orqanların iştirakı ilə ciddi prosesdir. Mütəmadi olaraq dövcud iqtisadi vəziyyət təhlil olunmaqla, lazım olsa qanunla müəyyən olunmuş qaydada büdcənin korreksiyasına baxıla bilər. Amma bu gün dövlət büdcəsinin vergi gəlirləri və sosial-sığorta gəlirləri artıqlaması ilə icra olunub”.