Xəzər Xəbər

Operativ qərargahdan iri ticarət mərkəzlərilə bağlı açıqlama

İqtisadiyyat | 12:29 • 15 Avqust 2020
Operativ qərargahdan iri ticarət mərkəzlərilə bağlı açıqlama

"Hazırda iri ticarət mərkəzlərinin açılması ilə bağlı yekun bir qərar yoxdur”.


Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.


"Hər bir addım atılan zaman onun nəticələri qiymətləndirilir. Vətəndaşların qaydalara riyayət etməsi və digər qaydalar nəzərə alınmaqla bu barədə də növbəti vaxtlarda qərar qəbul ediləcək” - o, əlavə edib.

Xəbər lenti

Çox oxunanlar