İyulun 3-dən 14 509 nəzarət tədbiri həyata keçirilib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
O qeyd edib ki, nəticədsə 1 708 pozuntu halı müəyyənləşib. "Bu isə ümumi yoxlamanın 11,8%-ni təşkil edir. Burada müsbət tendensiya müşahidə olunur. Məsələn, ilk iki həftədə 25-30%-də pozuntu aşkarlanırdısa, indi 11,8%-ə edib”.