"Biz ərazidən çıxan sayğacları təkrar istifadə edə bilmirik".
Bunu bu gün keçirilən brifinqdə "Azərişıq" ASC-nin Tədris və İnnovasiya Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
O qeyd edib ki, buna görə də həmin sayğacların göstəricilərini sıfırlamaq və dəyişmək mümkün deyil: "Sayğacları təkrar istifadəyə verə bilməməyimiz əlbəttə bizim üçün itkidir. Heç bir istehsalçı bu funskional imkanları və proqram təchizatını təmin edə bilməz".